Keçid linkləri

2026, 25 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 04:22

Tələbələri daşıyan avtobus qəzaya düşdü

İllüstrasiya
İllüstrasiya

Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində yol nəqliyyat qəzası baş verib.

APA-nın məlumatına görə Azərbaycan Dövlət Aqrar Universitetin tələbələrini daşıyan “Hyundai” markalı avtobusla Bakı-Gəncə marşurutu ilə hərəkət edən “Mercedes” markalı avtobus toqquşub. Qəza zamanı “Hyundai”da olan 13 tələbə müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

This item is part of
XS
SM
MD
LG