Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:49

Nemtsovun qətli ilə bağlı növbəti ittiham


Foto arxiv

Rusiyalı siyasətçi Boris Nemtsovun qətlə yetirilməsi ilə bağlı Ruslan Mukhutdinova qarşı qiyabi ittiham irəli sürülüb.

O qətlin təşkilində ittiham olunur.

Bu barədə noyabrın 9-da vəkil Vadim Prokhrov məlumat verib.

Vəkilin sözlərinə görə onlar ümid edir ki, prokurorluq yaxın vaxtlarda Mukhutdinovun uşaqlıq dostu olan digər şübhəli Geremeevə qarşı da ittiham irəli sürəcək.

Vəkil Mukhutdinovun noyabrın 5-dən axtarışda olduğunu deyir.

İstintaq üzvləri Mukhutdinov və Geremeevin qohumlarını dindirmək üçün artıq Çeçenistanda olublar.

Şeşenistan sakini Mukhutdinovun adı bu işdə bu ilin mayından hallanır.

İstintaq hesab edir ki, qətli törətməkdə şübhəli bilinən Zaur Dadaev məhz onun göstərişi ilə hərəkət edib.

Mukhutdinov Dadaevin xidmət etdiyi “Şimal” batalyonunun komandir müavini Ruslan Geremeevin sürücüsü olub.

Mukhutdinovla Geremeev bundan əvvəl istintaqda şahid qismində ifadə veriblər.

“Kommersant”ın yazdığına görə bu ilin sentyabrında onların adı iş materiallarından itib.

Boris Nemtsov bu il fevralın 28-də Kremlin yaxınlığında qətlə yetirilib.

Bu işlə bağlı indiyədək 5 nəfər saxlanıb.

Amma onlar günahkar olmadıqlarını iddia edirlər.

XS
SM
MD
LG