Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:01

Kosovo UNESCO-ya üzv ola bilmədi


Foto arxiv
Foto arxiv

Kosovo noyabrın 9-da Parisdə keçirilən səsvermədə UNESCO-ya üzv ola bilmədi.

AzadlıqRadiosu Balkan xidmətinin məlumatına görə, səsvermədə 92 ölkə Kosovonun lehinə, 50 ölkə isə əleyhinə səs verib.

Azərbaycanın necə səs verdiyi hələ ki açıqlanmayıb. Amma Azərbaycan həmişə Kosovonun müstəqilliyinə qarşı çıxıb və Serbiyanın ərazi bütövlüyünü dəstəkləyib. Kosovonun Qarabağ üçün president kimi təqdim olunmaması üçün.

Bu təçkilatın 195 üzvü var.

Təşkilata qoşulmaq üçün Kosovoya 2/3 səs lazım idi.

Təşkilatın icraçı şurasının 58 üzvündən çoxu oktyabrın 21-də Kosovonun bu quruma qoşulmasını məsləhət görmüşdü.

Amma Serbiya və onun müttəfiqləri buna qarşı çıxır.

ABŞ və Avropa Birliyinin əksər üzvləri də daxil olmaqla Kosovonun müstəqilliyini 110-dan çox ölkə tanıyır.

Amma Belqradla onun əsas müttəfiqi Rusiyanın buna qarşı olması Kosovonun BMT-ə üzv olmasını əngəlləyir.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov bundan əvvəl bildirib ki, Kosovonun bu quruma üzv olması UNESCO-nun fəaliyyətinin siyasiləşməsi demək olacaq.

Qeyd edək ki, Kosovo 2008-ci il fevralın 17-də birtərəfli qaydada Serbiyadan ayrılaraq özünün müstəqilliyini elan edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG