Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 15:46

Jurnalist H.Mehdiyev ağır xəsarət alıb


Jurnalist Həkimeldostu
Jurnalist Həkimeldostu

Naxçıvanlı jurnalist Həkimeldostu Mehdiyev ağır xəsarət alıb.

Turan-ın yaydığı məlumatına görə, o öz həyətində iş görərkən metalkəsən aləti saxlaya bilməyərək biləyini kəsib.

Yaxınlarının sözlərinə görə, alət onun biləyini yarıya qədər kəsib. Onu təcili Bakıya çatdırıblar və 8 saatlıq əməliyyat edilib.

Həkimlərin sözlərinə görə, xəsarət çox ciddidir, lakin əlin bərpa olunacağına ümid var. Bununla belə, müalicə bir neçə ay davam edəcək.

H.Mehdiyev uzun müddət «Yeni Müsavat» qəzeti, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, «Turan» agentliyi və bir sıra QHT ilə əməkdaşlıq edib.

XS
SM
MD
LG