Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:03

Gürcüstanla sərhəddə böyük tıxac yaranıb


Azərbaycan-Gürcüstan sərhədi, 08.11.2015
Azərbaycan-Gürcüstan sərhədi, 08.11.2015

Azərbaycanla Gürcüstan arasında yerləşən «Sınıq körpü» sərhəd keçid məntəqəsində avtomobillərin ölkəyə buraxılmasında problem yaranıb.

Bu barədə aznews.az saytı məlumat yayıb. Sərhəd növbəsində qalan sürücülərin sayta dediklərinə görə, Gürcüstandan Azərbaycana avtomobillə keçən şəxslər Azərbaycan sərhədində lazımsız yoxlamalara məruz qalıblar. Bu da insanların saatlarla yubanmasına, böyük tıxacın yaranmasına səbəb olub.

Sürücülərin dediyinə görə, 500-dən çox avtomobil 8 saatdır ki, soyuq hava şəraitində gözləmədə qalıblar, bu saatlar ərzində heç 100 metr məsafə belə irəliləyə bilməyiblər. Səbəb kimi isə azərbaycanlı sərhədçilərin sənəd yoxlamasını ləng həyata keçirdiklərini göstərirlər.

Sürücülər eyni şikayətlə musavat.com-a da müraciət ediblər. Bildirilir ki, hətta 15 saatdır ki, növbə gözləyənlər də var.

Sürücülər özlərinin və avtomobillərinin gömrük əməkdaşları, həmçinin sərhədçilər tərəfindən lazımsız yoxlamalara məruz qaldıqlarını da deyiblər. Sürücülər üzləşdikləri durumla əlaqədar etiraz etsələr də, yoxlamanı həyata keçirən şəxslər vətəndaşların etirazlarına məhəl qoymayıblar. Sərhədçilər avtomobillərin sayının çoxluğunu əsas gətirərək, vəziyyətin tezliklə aradan qaldırılmasının mümkün olmayacağını bildiriblər.

Durumla bağlı rəsmi açıqlama almaq mümkün olmayıb.

XS
SM
MD
LG