Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Mart, çərşənbə axşamı, Bakı vaxtı 23:18

Rohani-dən mediaya tənqid gəldi


Hassan Rohani

-

İran prezidenti Hassan Rohani İslam Respublikasında sərt xətt tərəfdarı olan medianı tənqid edib. O, bildirib ki, bu media orqanlarından bəziləri “gizli polis” kimi fəaliyyət göstərir. Bu arada ölkədə İslam İnqilab Qvardiyası Qərbin nüfuzunu azaltmaq məqsədilə həbslər həyata keçirir.

Noyabrın 8-də Tehranda media sərgisində danışan Rohani deyib ki, bəzi qəzetləri hakimiyyət davamlı olaraq hədəfə alır, bəzilərinin isə təhlükəsizlik xidməti ilə sıx əlaqələri var.

“Başlıqları oxuyub bilirsiniz ki, sabah kim həbs olunacaq,” prezident deyib.

Nyu Yorkda mənzillənən Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, İrada son günlər azı 5 jurnalist həbs olunub. Bir neçəsi isə kəşfiyyat qurumuna çağırılıb və hədələnib.

Bütün bunlar İranın altı super dövlətlə əldə etdiyi nüvə sazişinə reaksiya kimi görünür.

Rohani və nazirləri Qərblə münasibətlərin yaxşılaşdırılmaq istədiklərini bildiriblər. Sərt xətt tərəfdarları isə belə bir mövqedədir ki, bu saziş ABŞ-la yaxınlaşmaya gətirməməlidir.

XS
SM
MD
LG