Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:33

Dövlət Bayrağı Günüdür


Ötən il Dövlət Bayrağı günündə Bakıda müxalif qüvvələr etiraz aksiyası keçirib
Ötən il Dövlət Bayrağı günündə Bakıda müxalif qüvvələr etiraz aksiyası keçirib

-

Noyabrın 9-da Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.

Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.

1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib.

2009-cu ildə 9 noyabr tarixi Dövlət Bayrağı Günü elan olunub. Bu gün həmçinin qeyri-iş günüdür.

2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılışı olub. Meydanda 162 metr yüksəklikdə Azərbaycan bayrağı ucaldılıb və Dövlət Bayrağı Muzeyi yaradılıb.

Azərbaycanın dövlət bayrağı mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarətdir.

«Ginnes» dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Ancaq bir neçə aydan sonra Tacikistanda daha uca bayraq dirəyi inşa edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG