Bu günki AzadlıqLive-da:
QHT-lər ianələri və ianə verənlər haqda məlumatı qeydiyyata aldırmalıdırlar. Bu yeni qaydalar irəliyə doğru addımdır ya geriyə? Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov izah edir
Yenidən deputat seçilən Tahir Kərimli 25 il əvvəlki kimi alovlu çıxışlar edəcəkmi? Ağsu-İsmayıllı dairəsindən seçilən deputat İsmayıllı hadisələri, bunlara görə tutulanlar barədə nə deyir? Bəs onun hökumətə yaxın olmağa görə deputat seçilməsi fikirlərinə münasibəti necədir? Suallar və cavabların mətni burada
"Eldar Mahmudovun evində: 30 qutu dollar..."
Virtualaz.org saytı yazır ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun iqamətgahında və mənzillərində axtarış aparılıb.
Bu haqda sayta hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib:
“Məlumata görə, E.Mahmudovun Badamdar qəsəbəsindəki şəxsi iqamətgahından 30 karton qutu dolusu dollar və digər xarici valyuta, həmçinin şüşə bankalar dolusu kilolarla brilyant çıxıb. Götürülən pullar və daş-qaş Ədliyyə Nazirliyi yanında Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstututuna ekspertizaya göndərilib. Virtualaz.org saytı yaxın vaxtlarda bu haqda daha müfəssəl məlumatlar verəcək”.