"Eldar Mahmudovun evində: 30 qutu dollar..."
Virtualaz.org saytı yazır ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun iqamətgahında və mənzillərində axtarış aparılıb.
Bu haqda sayta hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib:
“Məlumata görə, E.Mahmudovun Badamdar qəsəbəsindəki şəxsi iqamətgahından 30 karton qutu dolusu dollar və digər xarici valyuta, həmçinin şüşə bankalar dolusu kilolarla brilyant çıxıb. Götürülən pullar və daş-qaş Ədliyyə Nazirliyi yanında Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstututuna ekspertizaya göndərilib. Virtualaz.org saytı yaxın vaxtlarda bu haqda daha müfəssəl məlumatlar verəcək”.
Bu günki AzadlıqLive-da:
QHT-lər ianələri və ianə verənlər haqda məlumatı qeydiyyata aldırmalıdırlar. Bu yeni qaydalar irəliyə doğru addımdır ya geriyə? Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov izah edir
Yenidən deputat seçilən Tahir Kərimli 25 il əvvəlki kimi alovlu çıxışlar edəcəkmi? Ağsu-İsmayıllı dairəsindən seçilən deputat İsmayıllı hadisələri, bunlara görə tutulanlar barədə nə deyir? Bəs onun hökumətə yaxın olmağa görə deputat seçilməsi fikirlərinə münasibəti necədir? Suallar və cavabların mətni burada
Ədliyyə nazirliyi AXCP-lərə: məhkəməyə müraciət edin
Ədliyyə Nazirliyi Əli Kərimli və Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-lərin qurultaylarının nəticələri barədə qərar verib. Hər iki tərəfə deyib ki, mübahisəni məhkəmədə həll etsinlər.
APA-nın məlumatına görə, Ə. Kərimli özünün “Facebook” səhifəsində yazıb ki, Ədliyyə Nazirliyi hər iki tərəfin təqdim etdiyi sənədləri geri qaytarıb.
Ədliyyə Nazirliyindən Ə. Kəriminin rəhbərlik etdiyi AXCP-yə göndərilən məktubda bildirilib ki, R. Nurullayev də Ədliyyə Nazirliyinə “AXCP Etimad qurultayı” adı ilə sənəd təqdim edib və nazirlik eyni hüquqi şəxsin rəhbər orqanlarının formalaşdırılması barədə bir-birinə zidd olan müraciətlərin daxil olduğunu nəzərə alaraq təqdim edilən sənədləri geri qaytarıb.
Ədliyyə Nazirliyi hər iki tərəfə təklif edib ki, mübahisəli məsələni həll etmək üçün məhkəməyə müraciət etsinlər.
İlham Əliyev Arif Məmmədovu səfir rütbəsindən məhrum etdi
Arif Məmmədovun Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsindən məhrum edilməsi haqqında Azərbaycan prezidenti İlham Əliyev sərəncam verib. Sərəncamda deyilir ki, "Arif Zahid oğlu Məmmədov Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsindən məhrum edilsin".