Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:15

ABŞ-da "Qolodomor" qurbanlarına abidə


Ukrayna prezidentinin xanımı Marina Poroshenko Vaşinqtonda "Qolodomor" abidəsi önündə baş əyərkən
Ukrayna prezidentinin xanımı Marina Poroshenko Vaşinqtonda "Qolodomor" abidəsi önündə baş əyərkən

Vaşinqtonda "Qolodomor" qurbanlarının xatirəsinə abidə qoyulub. Ukrayna tarixinə "Qolodomor" adı ilə düşən bu faciə 1932-1933-cü illərə aiddir, aclıqdan minlərlə insanın qırıldığı soyqırım nəzərdə tutulur.

Abidənin açılış mərasimində Ukrayna prezidentinin xanımı Marina Poroshenko iştirak edib. Petro Poroshenkonun audio müraciəti səsləndirilib. Həmin müraciətdə deyilir: “Aclıq Ukrayna xalqını diz çökdürmək, alçaltmaq, özünəməxsusluğunu məhv etmək və öz torpağında öz taleyini özünün həll edə biləcəyinə inamı qırmağa hesablanmışdı”.

Tarixçilər hesab edirlər ki, Ukraynada kütləvi aclığa başlıca səbəb SSRİ hakimiyyətinin 1932-ci ildə ölkədə qida məhsullarını müsadirə etməsi olmuşdu.

XS
SM
MD
LG