Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:43

Myanmada seçki bitdi:Nobelçiyə qadağa


Myanmada seçki polisi
Myanmada seçki polisi

Son 25 ildə ilk parlament seçkilərinin keçirildiyi Myanmada seçki məntəqələri artıq bağlanıb.

Səsvermə yerli vaxtla saat 4-də yekunlaşıb. Seçki Komissiyasının direktor müavini Thant Zin Aung elan edib ki, seçicilərin 80 faizi səsvermədə iştirak edib.

NOBEL MÜKAFATLI NAMİZƏDİN PREZİDENT OLMAQ QADAĞASI

Nobel sülh mükafatı laureatı Aung San Suu Kyi-nin rəhbərlik etdiyi Demokratiya naminə Milli Liqanın qələbə çaldığı güman edilir. Amma Konstitusiyaya əsasən Aung San Suu Kyi ölkə başçısı seçilə bilməz.

Seçkiyə 91 partiya qatılıb, əsas rəqabət Demokratiya naminə Milli Liqa ilə hakim Həmrəylik və İnkişaf Partiyası arasında gedir.

664 yerlik parlamentin 25 faizi hərbi qüvvələr üçün nəzərdə tutulub.

Prezident Thein Sein bəyan edib ki, hökumət seçkinin nəticəsini tanıyacaq.

Aung San Suu Kyi 1990-cı ildə keçirilmiş ümumi seçkilərdə qalib gəlib, amma hərbi hökumət Milli Liqanın qələbəsini tanımayıb, Aung San Suu Kyi-ni ev dustaqlığına məhkum etmişdi.

Aung San Suu Kyi elan edib ki, partiyası səslərin çoxluğunu qazanarsa, o, yeni seçiləcək prezidentin arxasında dayanacaq.

Ölkənin hərbi xunta hökuməti dövrünün konstitusiyasına əsasən, həyat yoldaşı və övladları xarici vətəndaş olan şəxs ölkə başçısı seçilə bilməz. Aung San Suu Kyi-nin mərhum həyat yoldaşı və onların iki oğlu Britaniya vətəndaşıdır.

XS
SM
MD
LG