Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:11

Yanğında daha iki nəfər öldü


Arxiv fotosu. Gənc rumıniyalılar hökumətin istefasını tələb edərkən
Arxiv fotosu. Gənc rumıniyalılar hökumətin istefasını tələb edərkən

Rumıniyanın paytaxtı Buxarestdəki gecə klubunda yanğın nəticəsində xəsarət almış daha iki nəfər dünyasını dəyişib. Bununla da hadisə nəticəsində ölənlərin sayı 43-ə çatıb.

Hadisə oktyabrın 30-da baş verib. Əksər rumıniyalı baş verən hadisədə məmurları günhlandırır, onları təhlükəsizlik tədbirlərinə biganəlikdə ittiham edirlər. Kütləvi etirazlardan sonra noyabrın 4-də baş nazir Victor Ponta və onun kabineti istefa etməli olub. Gecə klubunun yerləşdiyi ərazinin meri və daha iki əməkdaşı həbs olunub.

Gecə klubunda yanğına səbəb kimi pirotexnikadan istifadə göstərilir.

Yanğın nəticəsində 180 nəfər xəsarət alıb, onlardan 100-u xəstəxanaya yerləşdirilmişdi. 44 nəfərin vəziyyəti ağır idi.

XS
SM
MD
LG