Keçid linkləri

Təcili xəbərlər
2021, 19 İyun, şənbə, Bakı vaxtı 06:43

66 ildən sonra görüşdülər


Ma Ying-jeou və Xi Jinping.

-

1949-cu ildən bəri ilk dəfə - noyabrın 7-də Sinqapurda Çin və Tayvan liderləri görüşərək, bir-birlərinə əl veriblər.

Görüşdən öncə Tayvan lideri Ma Ying-jeou iki ölkə arasında yüksəksəviyyəli görüşlərin bundan sonramütəmadi olaraq keçiriləcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, bu danışıqlar gələcəyə hədəflənib və regionda barışın möhkəmlənməsinə xidmət edir.

Bir qədər əvvəl Tayvan paytaxtında bu görüşün əleyhinə yürüşə çıxanlarla polis arasında qarşıdurma baş vermişdi.

Çin və Tayvan arasında rəsmi münasibətlər 1949-cu ildə, vətəndaş müharibəsində kommunistlərə uduzan Milli Çin Partiyasının üzvləri başda Chiang Kai-shek olmaqla Tayvana qaçdıqdan sonra qırılmışdı.

XS
SM
MD
LG