Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:04

Keçmiş nazir ABŞ-da ölü tapıldı


Mikhail Lesin.
Mikhail Lesin.

-

Rusiyanın keçmiş mətbuat, televiziya və radio naziri, 57 yaşlı Mikhail Lesin ürəktutmasından ölüb. Onun meyiti ABŞ paytaxtının mərkəzindəki otel otağında tapılıb. Bu haqda ABC-yə adının çəkilməsini istəməyən Amerika rəsmiləri məlumat veriblər. Mənbə bildirir ki, Lesin-in Birləşmiş Ştatlarda olma səbəbi bəlli deyil.

Keçmiş nazirin hansı şəraitdə ölməsi haqqında rəsmi məlumat verilmir.

Polis araşdırma aparır. Səfirliyin məlumatına görə, araşdırmada ABŞ polisi ilə yanaşı, Rusiyanın rəsmi nümayəndələri də iştirak edir.

Lesin Rusiya media məkanında nüfuzlu şəxslərdən olub. O, «Video International»ı yaradıb, «Russia Today» telekanalının yaratmaq təşəbbüskarlarından olub. Onun RENTV və «Pyatıy kanal»ın daxil olduğu «Milli Media Qruplar» – NMQ-TV-nin yaradılmasında fəal iştirak etdiyi də bildirilir.

2015-ci ildən o, «Gazprom-Media» Holdinqinin İdarə Heyətinə rəhbərlik edirdi.

XS
SM
MD
LG