İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov noyabrın 6-da Sabunçu Rayon polis idarəsində olub. O, noyabrın 5-də idarənin qarşısında polislə qarşıdurma zamanı saxlanan bir neçə dindarla görüşüb:
«Gecəki qarşıdurmada saxlanan 4-5 dindarla söhbətləşdim. Onlardan dindirmə zamanı hər hansı təzyiq, vurma, qeyri-insani rəftar olub-olmadığı ilə maraqlandım. Dedilər ki, belə bir hallar olmayıb. Elçin Qasımovla görüşmək imkanımsa olmadı. Deyəsən məhkəməyə aparmışdılar».