Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Noyabr, şənbə, Bakı vaxtı 01:18

“Suriyada xardal qazından istifadə olunub”


Suriya, arxiv fotosu

-

Bu yay Suriyada döyüşlərdə xardal qazından istifadə olunub. Ancaq qazın kim tərəfindən butaxılması aydın deyil. Bunu noyabrın 5-də BMT-nin kimyəvi silahlar üzrə qurumu bildirib.

1925-ci ildə qadağan olunmuş bu qazdan avqustun 21-də Hələb vilayətindəki Marea şəhərində istifadə ediblər. Həmin vaxt şəhərdə Suriya üsyançıları ilə İslam Dövləti (İD) qruplaşması döyüşürdü.

Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının rəsmisi Frans Press-ə deyib:

“İlk dəfədir Suriyada xardal qazından istifadəni təsdiqləyirik. Faktları təsbit etmişik, ancaq kimin məsuliyyət daşıdığını müəyyənləşdirə bilməmişik”.

Son vaxtlar İraqda və Suriyada silahlı qrupların, özəlliklə İD-nin kimyəvi silahlardan istifadə etməsinə dair iddialar artıb.

Marea kimyəvi hücumdan onlarla adamın xəsarət aldığı bildirilir.

Sərhədsiz Həkimlər bir ailədən dörd sakini müalicə etdiyini bəyan edib.

XS
SM
MD
LG