Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:43

50 min dollarlıq qulaqlıq gəlir


Senheiser Orpheus
Senheiser Orpheus

Mikrofon və qulaqlıq deyiləndə, ağıla ilk gələn markalardan - Almaniyanın «Senheiser» şirkəti yeni qulaqlıq hazırlayır.

Şirkətin 1991-ci ildə istehsal etdiyi «Orpheus HE90» modeli 16 min dollar satılmış və o dövrdə dünyanın ən yaxşı qulaqlığı adlandırılmışdı.

«Orpheus HE90» məhdud sayda satışa çıxarılmışdı və günümüzdə «eBay» və başqa saytlarda dəyərinin iki qatına satılır.

25 illik fasilədən sonra şirkət 50 min dollar qiymətində yeni qulaqlıq istehsal edəcək.

Qulaqlığın sağ tərəfində 8 ədəd DAC (rəqəmsal-analoq çeviricisi) var. Mərmər gövdə, platinlə örtülmüş diafraqmalar, qızıl örtüklü elektrodlar, müasir dizayn yeni modelin özəllikləridir.

Üzərindəki çeviriciləri ilə ən keyfiyyətsiz səs faylları yüksək keyfiyyətlə səslənir. Hər hansı mahnını dinləyərkən insan özünü konsert salonundakı kimi hiss edir.

10 ildir təkmilləşdirilən «Senheiser Orpheus» yeni dizaynı və özəllikləri ilə 2016-cı ilin ortalarında 50 min dollar qiymətlə bazara çıxarılacaq.

Bu dəfə də qulaqlıq məhdud sayda, təxminən 250 ədəd istehsal ediləcək.

XS
SM
MD
LG