Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:31

İran ABŞ-la əməkdaşlıq etməyəcək


Ali Akbar Velayati (solda) Suriya prezidenti Bashar al-Assad-la görüşdə, arxiv fotosu

-

İran “Suriyada terrorçularla mübarizədə” Birləşmiş Ştatlarla əməkdaşlıq etməyəcək. Bunu İranın dövlət mediası Ali Dini lider Ayatollah Ali Khamenei-nin baş müşavirinə istinadla yazır.

“İran Birləşmiş Ştatlarla birbaşa, yaxud dolayısıyla əməkdaşlıq etməyəcək,” bunu Ali Akbar Velayati noyabrın 4-də Tehranda Suriya Xarici işlər nazirinin müavini Faisal Mekdad-la görüşdən sonra deyib.


Xəbəri Press TV və IRNA xəbər agentliyi yayıb.

“İran Suriya hökuməti və xalqı ilə məsləhətləşmədən bu ölkəyə dair heç bir təşəbbüsü qəbul etməyəcək,” Velayati deyib.

Bu arada İranda antiamerikan əhval-ruhiyyəsi güclənir. ABŞ səfirliyinin tutulmasının 36 illiyi münasibətilə Tehranda nümayiş də keçirilib.

XS
SM
MD
LG