Keçid linkləri

Təcili xəbərlər
2021, 27 İyul, çərşənbə axşamı, Bakı vaxtı 17:13

Ayan «Qran-Pri» qazandı-Avstriyada...


Ayan Məmmədli

-

Avstriyanın Salzburq şəhərində keçirilən«Salzburq star» adlı beynəlxalq musiqi müsabiqə-festivalında «Qran-Pri»niAzərbaycan təmsilçisi Ayan Məmmədli qazanıb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, Ayan T.Quliyev adına 12 saylı onbirillik Musiqi Məktəbinin VI sinif şagirdidir.

Ayan Məmmədli dahi bəstəkar V.A.Motsartın doğulduğu Salzburq şəhərində keçirilən müsabiqədə Azərbaycan bəstəkarı Q.Qarayevin və başqa bəstəkarların musiqisini ifa edib.

Müsabiqədə Ayan Məmmədlinin ifası tanınmış musiqiçilərdən ibarət münsiflər heyəti, eləcə də, iştirakçılar və tamaşaçılar tərəfindən böyük heyrət və rəğbətlə qarşılanıb.

Nəticədə, gənc pianoçu «Salzburq star»ın ən ali mükafatına—«Qran-Pri»yə layiq görülüb.

Ayan Məmmədli indiyədək bir neçə beynəlxalq müsabiqələrdə iştirak edib və laureat adını qazanıb.

XS
SM
MD
LG