Keçid linkləri

Təcili xəbərlər
2021, 17 May, Bazar ertəsi, Bakı vaxtı 15:17

Ukrayna ordusunda əcnəbilər də olacaq


Ukraynalı rəssam Yuriy Neroslik-in çəkdiyi plakat

-

Ukrayna prezidenti Petro Poroshenko əcnəbilərə Ukrayna silahlı qüvvələrində xidmət etməyə icazə verən qanun imzalayıb.

Əcnəbilər orduda və digər hərbi formasiyalarda kontrakt əsasında xidmət keçə bilərlər.

Poroshenko administrasiyasının bəyanatında deyilir ki, qanun “Ukrayna silahlı qüvvələrinin döyüş qabiliyyətini artıracaq”.

Əcnəbilərin orduya cəlbi ölkə vətəndaşlarının səfərbər olunmasına ehtiyacı da azaldacaq. Vətəndaşlar arasında adətən Ukraynanın şərqində rusiyapərəst separatçılarla savaşmaq üçün səfərbərlik elan olunur.

XS
SM
MD
LG