Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 12:13

Qonkur mükafatının qalibi elan edildi


Mathias Enard əlində qalib romanla, 2015
Mathias Enard əlində qalib romanla, 2015

- Parisdə Fransanın nüfuzlu Qonkur ədəbiyyat mükafatının builki qalibi elan edilib. Bu, 43 yaşlı yazıçı Matias Enardır (Mathias Énard).

O, bu mükafatı bu il “Actes Sud” nəşriyyatında çap edilmiş “Kompas” (Boussole) romanına görə qazanıb.

Roman avstriyalı musiqiçi, onun Yaxın Şərqə səfəri haqdadır. Bu “iddialı romanında Enar Şərq haqda qavrayışları qərb klişesindən çıxarmağa çalışır.”

Enarın kitabı münsiflərin on səsindən altısını alıb.

“Kompas” yazıçının sayca onuncu kitabıdır. O, bundan əvvəl də Qonkur mükafatı qazanıb. Yazıçı uzun müddət Yaxın Şərqdə yaşayıb. Ərəb-fars ədəbiyyatını bilir.

“Özümü bir qədər ərəb hiss edirəm. Bu romanla göstərmək istəmişəm ki, dünya eyni cür deyil, müxtəlif cürdür. Bizim dünyada çoxlu dünyalar var: Avropadan Şərqə, İstanbul, Dəməşq, Beyrut, Qahirə, Tunis, Əlcəzair – bunların hər biri fərqli bir dünyadır. Özü də onlar təhlükəli deyillər.”

XS
SM
MD
LG