Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 06:10

Kosmik stansiyanın içərisindən görüntülər


Beynəlxalq Kosmik Stansiyanın yaxından görüntüsü
Beynəlxalq Kosmik Stansiyanın yaxından görüntüsü

Noyabrın 2-də Beynəlxalq Kosmik Stansiya özünün 15-ci ildönümünü qeyd etdi. Bunun Nobel Sülh Mükafatına layiq bir nümunə olduğunu düşünənlər belə var.

STANSİYANIN 10 İLİ QALIR

Beynəlxalq Kosmik Stansiyanın (BKS) daha on il fəaliyyət göstərəcəyi gözlənir. Alimlər bu stansiyanı hələ bir az da inkişaf etdirib ondan Marsa və Günəş sisteminin daha uzaq yerlərinə səfərlər üçün də istifadə etməyi planlaşdırırlar.

Kosmonavtlar Scott Kelly (mərkəzdə - ABŞ), Gennady Padalka (yuxarıda - Rusiya) və Mikhail Korniyenko (arxada - Rusiya) Soyuz-FG raketi ilə Beynəlxalq Kosmik Stansiyaya uçuşdan az əvvəl,
Kosmonavtlar Scott Kelly (mərkəzdə - ABŞ), Gennady Padalka (yuxarıda - Rusiya) və Mikhail Korniyenko (arxada - Rusiya) Soyuz-FG raketi ilə Beynəlxalq Kosmik Stansiyaya uçuşdan az əvvəl,

ABŞ-ın kosmik agentliyi olan NASA-nın astronavtı Scott Kelly BKS-nin 15 illik yubileyi münasibətilə mətbuat konfransı zamanı deyib: "Biz burada çox eksperimentlər aparırıq. Amma mən düşünürəm ki, ən mühüm eksperiment orbit üzrə hərəkət edən kosmik stansiyanın uzun müddət ərzində insanları sağ saxlaya bilməsidir.”

Kelly Rusiya kosmonavtı Mikhail Kornienko ilə birgə bir il - gələn ilin martına qədər bu stansiyada qalacaq. Bununla alimlər uzunmüddətli kosmik uçuşların insanın bədəninə və şüuruna təsirini öyrənmək istəyirlər.

Buna da bax: Öncə hansı qanun gəbul edilsin? (Foruma yaz, fikirlərin yayılsın)

220 ASTRONAVT QONAQ OLUB

2000-ci il noyabrın 2-də BKS-ya ilk daimi komandanın gəldiyi zamandan indiyə qədər burada 17 ölkəni təmsil edən 220 astroavt gəlib.

Beynəlxalq Kosmik Stnsiyadan Yerin gecə görüntüsü. 12 may 2015
Beynəlxalq Kosmik Stnsiyadan Yerin gecə görüntüsü. 12 may 2015

Hazırda bir futbol meydançası boyda olan qurğunun içində altı yataq otağı olan ev böyüklükdə yaşayış yeri mövcuddur.

Təqribən 400 kilometr hündürlükdə və saatda 28 000 kilometr sürətlə hərəkət edən orbital stansiya hər 90 dəqiqədən bir Yür kürəsinin ətrafında bir dövrə vurur.

Beynəlxalq Kosmik Stansiyada heyət üzvləri təzə meyvə ilə çəkisizlik şəraitini nümayiş etdirirlər.
Beynəlxalq Kosmik Stansiyada heyət üzvləri təzə meyvə ilə çəkisizlik şəraitini nümayiş etdirirlər.

Buna da bax: 19 yaşlı qızı daş-qalaq edərək öldürdülər (Video)

İÇƏRİSİNDƏ 6 YATAQ OTAĞI VAR

Adətən eyni zamanda altı heyət üzvü yemək yeyir, yatır və çəkisizlik şəraitində üzür. Astronavtlar həftədə 35 saat işləyirlər. Bir missiya təqribən altı ay davam edir.

Stansiya üçün lazım olan hissələri çatdırmaq üçün istifadə olunan kosmik şatl uçuşlarına görə Birləşmiş Ştatlar birinci, Rusiya isə ikinci yeri tutur. Kanada və

Beynəlxalq Kosmik Stansiyanın içərisi
Beynəlxalq Kosmik Stansiyanın içərisi

Yaponiya üçüncü yeri bölüşürlər.

Buna da bax: Facebook şərhinə görə keçmiş nazir ekspertdən 50 000 tələb edir

STANSİYA NOBEL ALA BİLƏR

Soyuq müharibənin bitməsi dövründə bütün zamanlarda stasiyada azı bir amerikalı və bir rusiyalı olub. Elə ABŞ-Rusiya münasibətlərinin bugünkü gərgin vəziyyətində də belədir. Bu fakt stansiyanın Nobel sülh mükafatına namizəd göstərilməsi təkliflərini canlandırır.

Beynəlxalq Kosmik Stansiyanın içərisi
Beynəlxalq Kosmik Stansiyanın içərisi

"Stansiyanı quran və saxlayan beynəlxalq əməkdaşlıq bizim dinc şəraitdə birlikdə işləyən zaman nələrə nail ola biləcəyimizin parlaq nümunəsidir,” deyə Ağ Evin Elm və Texnologiya Siyasəti Bürosunun direktoru John Holdren bildirib.

Keçmişdə NASA administratoru Charles Bolden də bu layihənin Nobel Sülh Mükafatına layiq olduğunu qeyd edib.

Kosmonavt stansiyanın çölündə təmir işləri görür.
Kosmonavt stansiyanın çölündə təmir işləri görür.

Bu barədə rəyi soruşulan rusiyalı kosmonavt Oleg Kononenko isə deyib ki, Bolden "100 faiz haqlıdır."

"Yerdəki insanlar bəzən bir-birini eşidə və anlaya bilmirlər. Burada, Kosmosda, bu qeyri-mümkündür. Burada hər kəs əhəmiyyətlidir və proqramın uğuru, bəzən hətta həyatın özü bizim hər birimizin nə etdiyimizdən asılıdır,” deyə Kononenko əlavə edib.

Növbəti məqsəd Marsa səyahət olduğuna görə stansiyadakı astronavtlar qidalanma, əqli cəhətdən sağlam qalmaq və uzun müddət ərzində zərərli radiasiyanın təsirinə duruş gətirməklə bağlı təcrübələr aparırlar.

ABŞ astronavtı Kjell Lindgrensə deyib ki, "Kosmik stansiya həqiqətən də bir körpüdür. O, Mars səfərinin uğurlu olmasından ötrü üzərində işləməli və anlamalı olduğumuz texnologiyalar üçün təcrübə masasıdır.”

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG