Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Fevral, şənbə, Bakı vaxtı 02:28

Bakıda polisin saxladığı şəxs öldü


Polis

-

Bakıda polis tərəfindən saxlanılan şəxs vəfat edib.

APA-nın məlumatına görə, hadisə noyabrın 2-də qeydə alınıb. Ağır yol qəzası törətməkdə təqsirli bilinərək Binəqədi rayon Polis İdarəsində saxlanan, 1969-cu il təvəllüdlü Füzuli Əhmədovun vəziyyəti qəfildən pisləşib. Təcilli xəstəxanaya aparılan F.Əhmədov həkimlərin səyinə baxmayaraq, vəfat edib.

İlkin məlumata görə, ölümə yüksək təzyiq səbəb olub.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov AzadlıqRadiosuna ölüm faktını araşdırdıqlarını deyib: «Fizuli Əhmədov noyabrın 2-də yol qəzası törətməkdə təqsirləndirilib. Onu istintaq təcridxanasına gətiriblər. Həmin gün axşam onun vəziyyəti qəflətən pisləşib. Dərhal təcridxanaya təcili tibbi yardım çağırılıb. Xəstəxanaya aparılsa da, Füzuli Əhmədovun həyatını xilas etmək olmayıb, o, səhərə yaxın xəstəxanada keçinib».

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

XS
SM
MD
LG