-
Ümumvətəndaşlıq pasportları «ASAN xidmət»də veriləcək. Xidmətdən verilən məlumata görə, noyabrın 3-dən Azərbaycan vətəndaşları, qeydiyyat məhdudiyyəti olmadan, pasportlarını ölkənin hər hansı «ASAN xidmət» mərkəzində ala və ya dəyişdirə biləcəklər.
Vətəndaşlar «ASAN xidmət» mərkəzlərində göstərilən xidmətlər barədə ətraflı məlumatı 108 Çağrı Mərkəzindən, www.asan.gov.az saytından və sosial şəbəkələrdəki rəsmi səhifələrdən əldə edə bilərlər.
«ASAN xidmət» mərkəzləri həftəiçi, yəni- bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsiz) fəaliyyət göstərir.