Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Noyabr, şənbə, Bakı vaxtı 18:59

Konsulluq uşaqlara vəsiqə verəcək


İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” 2015-ci il 30 sentyabr tarixli qanunun tətbiqi barədə fərman imzalayıb.

Prezident.az saytında yerləşdirilən fərmanla “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”nin 38-ci maddəsinə “15 yaşı tamam olmamış Azərbaycan vətəndaşlarına fərdi identifikasiya kartının verilməsi üçün sənədlərin qəbulu, həmin sənədləri müvafiq icra hakimiyyəti orqanına göndərmək və konsulluğa daxil olmuş kartı müraciət edən şəxsə təqdim etmək” sözləri əlavə edilib.

Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

XS
SM
MD
LG