Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:54

GTT Kalmıkiyada tamaşalar göstərib


Gənc Tamaşaçılar Teatrının Kollektivi Kalmıkiyada
Gənc Tamaşaçılar Teatrının Kollektivi Kalmıkiyada

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Rusiya Federasiyasından qastrol səfərindən dönüb.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, oktyabrın 25-dən-31-dək davam edən qastrol Kalmıkiya Respublikasının B.Basanqov adına Milli Dram Teatrında baş tutub.

Qastrol çərçivəsində kollektiv 2 tamaşa, eləcə də sərgi və konsert proqramı ilə çıxış edib.

3 gün ərzində Kalmık Milli Dram Teatrının səhnəsində uşaqlar üçün Pərvinin “Dəcəl keçi”, böyüklər üçün Ə. B. Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” tamaşaları nümayiş etdirilib.

Teatrın rəssamı Elşən Sərxanoğlunun əsərlərindən ibarət sərgi təşkil olunub. Sərgidə rəssamın 50-dən artıq qrafik və yağlı boya ilə işlənmiş əsərləri izləyicilərə təqdim olunub.

Gənc Tamaşaçılar Teatrının Kollektivi Kalmıkiyada
Gənc Tamaşaçılar Teatrının Kollektivi Kalmıkiyada

Qastrol səfərində teatrın aktyoru – müğənni İlham Əsədovun xalq və müasir bəstəkar mahnılarından ibarət konserti baş tutub.

Konsertdə Kalmıkiya Dövlət Filarmoniyasının direktoru, bəstəkar-müğənni, RF-in Əməkdar İncəsənət Xadimi Arkadi Mandjiyev azərbaycanlı sənətçi ilə birgə duet ifa edib.

Teatrın gənc aktyorları Elnur Kərimov və Səbinə Məmmədovanın ifasında “Naz eləmə” rəqsi böyük maraqla qarşılanıb.

Kalmıkiya Respublikasının Mədəniyyət və Turizm Naziri Xonqor Elbikov Azərbaycan teatrının bu dəfəki səfərini Kalmıkiya Respublikasında “Azərbaycan Mədəniyyəti Günləri” adlandırıb və bu münasibətilə Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevə “Təşəkkür məktub”u ünvanlayıb.

“Azərbaycan və Rusiya teatr əlaqələrinin genişləndirilməsində göstərdiyi dəstəyə görə, Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev və teatrın aktyorları--Şövqi Hüseynov və İlham Əsədova “Stanislavski medal”ı verilib.

Teatrın aktyorları “Təşəkkür məktubu”, “Fəxri Fərman”lar və “Diplom”larla mükafatlandırıblar.

XS
SM
MD
LG