Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:33

"Saxlanmaq" cəzası türk ədəbiyyatında izlər qoyub


S.Soysal
S.Soysal

- Əgər qohumlarınız “Uşağı döymüsüz!” deyə şikayət edərsə, cavab hazırdır: “Onları biz döyməmişik, onlar bir-birlərini döyüblər”.

"Heç bir cinayət törətməsəniz belə, ayağına dolaşmağınızdan xoşlanmayanlar varsa, özünüzü polis bölməsində tapırdınız. Buna bir səbəb tapmaqsa sizə buraxılırdı."

"Həbs edilmək bir mənada hansı maddədən olur olsun, müəyyən günahı olmaq və o maddəyə görə cəzalandırılmaq demək idi. Ancaq saxlanmaq daha pis idi..."

Sevgi Soysal

(tanınmış türk yazıçısı. 1936-76)

Dubinkalamaq

Cəza sistemimizdə “saxlanmaq” adlı bir qayda var. ...Bir ara o qədər yayğınlaşmışdı ki, yazıçı Çetin Altan ona Orxan Kamal mükafatı qazandıran ilk romanının adını da “Saxlanmaq” qoymuşdu.

Bu, o dövrdə müəyyən çevrənin gözünə batanların ayağa dolaşmamağı üçün tətbiq edilirdi.

Heç bir cinayət törətməsəniz belə, ayağına dolaşmağınızdan xoşlanmayanlar varsa, özünüzü polis bölməsində tapırdınız. Buna bir səbəb tapmaqsa sizə buraxılırdı.

O vaxtlar vacib olan saxlanmaq idi. Otuz gün bitdikdən sonra da hansısa maddə ilə həbs edilirdiniz.

Saxlanmaq kontr-gerillaya aparılmağa çevriləndən sonra həbs edilmək mükafat sayılırdı. Həbs edilmək bir mənada hansı maddədən olur olsun, müəyyən günahı olmaq və o maddəyə görə cəzalandırılmaq demək idi.

Ancaq saxlanmaq o demək idi ki, başınıza hər şey gələ bilər. Bunu elə sizi saxlayanlar açıq aşkar özləri deyirdi. “Burda qayda-mayda yoxdur, istəsək elə indi səni öldürərik, heç kimin ruhu inciməz” kimi hədə-qorxular gəlirdilər.

Artıq həbs edilmiş sayılsanız da və hər cür təzyiq görsəniz də, qanunsuz olmamasına baxmayaraq, yenə də həbs edilmək sizə bir növ asanlaşdırılmış cəza kimi görünürdü.

Çünki saxlanmaq naməlum yerlərə aparılmaq deməkdir. Saxlanılmaq, sizin barədə yaxınlarınıza heç bir xəbər verilməməsidir.

“İnsanın azad iradəsinə bağlı demokratik rejimdə” yaşayırıq guya.

Saxlanılmaq insan haqlarının, o cümlədən bütün haqların tapdalanması idi. Saxlanılmaq isgəncə, təhqir edilmək demək idi.

Bunların hamısını bilirik. Hazırda hərbi vəziyyət kimi qeyri-müəyyən rejimdə yaşamırıq. Feyzioğlu demiş, “İnsanın azad iradəsinə bağlı demokratik rejimdə” yaşayırıq guya.

Guya deməyimə əsas verən işgəncə və qaçırılmaq kimi köhnə üsulların hələ də ortadan qalxmadığını sübut edən bir çox səbəb var.

Təbii ki, bütün bunlar “insanlara gördükləri qanunsuz işləri etiraf etdirmək” üçündür. Bəzi hüquqçularımızın məsum şəkildə dedikləri kimi: “Başqa cür etiraf etmirlərsə nə etməliyik?”

Düzdür, onsuz da bizim ölkədə hər cinayətə əvvəl-axır mütləq bir günahkar tapılmağı da buna görədir.

Vətəndaşlarımızın bir qisminin “həyati təhlükəsizliyi” olmadığından şikayətlənməyinə baxmayın, vacib olan canınız yox, yaxanızdır; təhlükəsizlik təşkilatlarımız mütləq kiminsə yaxasından yapışır.

Məsələn, tələbələrin keçirdiyi hansısa aksiyada bir tələbə ölüb. O anda da təhlükəsizlik məmurlarımız gözünə ilişəni saxlayıb bölməyə aparır.

Beləcə, bir daşla iki quş vurur. Həm fürsət bu fürsət deyib bəzi həddini bilməyənlərə həddini bildirir, həm də idarəçilər “Qatillər tapılmır” deyə sıxışdırılanda, Süleyman Dəmirəlin etdiyi kimi, hadisə zamanı saxlanılanların adını qatil kimi çəkirlər.

Bir də tərəfsiz polisimizin dediyinə görə, hadisə başlayanda ortaya çıxanlar var. Məşhur “etiraf” müəssisəmizin belə günahkar çıxara bilməyəcəyi tələbələr.

İndi bunlara yeni statuslar verilir. Saxlanılmaq desəniz, deyil, həbs desəniz, deyil. Çünki polisin maşınlara doldurulub apardığı bölmələrdə bir müddət saxladığı bu tələbələrə tətbiq edilən şeyin adı “dubinkalamaqdır”. Tələbənin bölmədə nə işi var, nə demək istəyir kimi məsələlərə önəm vermədən dəyənəyin altına salırlar.

Beləcə, cəza tətbiqində yeni bir səhifə açıldı. Adı da “Dəyənəkləmək” “dəyənək altına salmaq”.

Tələbələrin keçirdiyi hansısa aksiya zamanı siz sadəcə yol keçənsinizsə və qaçmağı bacarmırsızsa, onlarla birlikdə bir-iki şüar da qışqırmısınızsa, deməli, sizin dəyənək altına salınmaq vaxtınızdır.

Özünüzü əvvəl polis bölməsində, sonra da dəyənəyin altında görəcəksiz. Nə vaxt azad olunacağınız sualına gəldikdə isə bu, artıq sizi dəyənək altına salanların qol gücünə və sizin sağalma zamanınıza görə dəyişir.

Əgər qohumlarınız “Uşağı döymüsüz!” deyə şikayət edərsə, cavab hazırdır: “Onları biz döyməmişik, onlar bir-birlərini döyüblər”.

Bu dəyənəkləmək belədir, hələ də dəyənəklə döyülənlər bölmədən çıxanda “Yaşasın ədalət!” deyə qışqırırlarmı bilmirəm, amma hər işin bir üsulu olduğu kimi “Yaşasın ədalət!” deyə qışqırmağın da bir zamanı olmalıdır.

Lakin dəyənəklə əzilən zaman “Yaşasın Ədalət!” qışqırmaq lazım deyil. Bəs nə vaxt “Yaşasın Ədalət!” demək lazımdır?

Mebel qaçaqçılığı edən Yəhya Dəmirəlin* azadlığa çıxdığını xəbər edən telekanallarımız Yəhya Dəmirəllə gənc həyat yoldaşını 2 yaşlı uşağıyla ekranda göstərəndə. Bu “sentimental tablo” qarşısında bədənlərində dəyənək izi olan tələbələrin valideynləri “Yaşasın Ədalət!” deyə qışqırırdı.

* - 1976-cı ildə Süleyman Dəmirəlin qardaşının oğlu Yəhya Dəmirəl mebel qaçaqçılığına görə həbs edilmişdi.

Türkiyənin "Politika" qəzeti, 21 May, 1976

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG