Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:20

Tehranda iranlıların pis xasiyyətləri haqda 10 cildlik kitab


Tehrandan bir mənzərə
Tehrandan bir mənzərə

- İranın Mədəniyyət, İncəsənət Əlaqələri İnstitutunun rəhbəri Məhəmmədrza Cavadi Yeganə bəyan edib ki, Tehranda iranlıların mənfi xüsusiyyətləri haqda 10 cildlik kitab nəşr edilib, bu yaxınlarda təqdimatı olacaq.

Kitab xarici səyyahların iranlılar haqda dediklərini, yazdıqlarını əhatə edir, Pifaqor dövründən – eramızdan əvvəl 500-cü ildən 1978-ci ilədək xarici səyyahların qeydlərini toplayır.

Oncildliyi İranın Sosial məsələlər üzrə Dövlət Konsulluğu çap edib. Cildlərdən yalnız ikincisi iranlıların müsbət xüsusiyyətləri haqdadır.

M.Cavadi deyib ki, Schwartz ümuminsani dəyərlər sisteminə görə, iranlıların 100 pis xüsusiyyəti var.

İranda olmuş xarici səyyahların ən çox qeyd etdikləri pozitiv xüsusiyyətlər bu xalqdakı qonaqpərvərlik, nəzakətlilik, istiqanlılıq, komplimentlər deməyə meyldirsə, neqativ xüsusiyyətlər iranlıların pis idarəçiliyi, azlıqlara qarşı sərt davranması və sairdir.

XS
SM
MD
LG