Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:44

Rusiya ilə Misir “Qara qutu”nu araşdırırlar


Foto arxiv

Rusiya sərnişin təyyarəsinin Misirdə qəzaya düşməsinin səbəbini “Qara qutu” oxunmayıca müəyyən eləmək mümkün olmayacaq.

Misirin baş naziri Sherif İsmayılın sözlərinə görə, təyyarə elə hündürlükdən uçub ki, texniki baxımdan onu vurmaq mümkün deyil və bütün ehtimallara görə, qəzanın səbəb xarici faktor ola bilməz.

Qəzanın səbəbini araşdırmaq üçün beynəlxalq istintaq qrupu da yaradılıb.

Qrupa Fransa, Almaniya və Airbus şirkətinin mütəxəssisləri daxildir.

Bundan başqa Rusiya və Misir “Qara qutu”nu araşdırırlar.

Oktyabrın 31-də Misirin Sinay yarımadasında qəzaya uğramış təyyarədə 224 nəfər həlak olub. Onların əksəriyyəti rusiyalılardır.

XS
SM
MD
LG