Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:43

İlham Əliyev ATƏT-in seçki institutundan danışdı


İlham Əliyev səs verir.
İlham Əliyev səs verir.

-

Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanda keçirilən parlament seçkilərini izləməməsindən danışıb.

APA-nın məlumatına görə, O, bu barədə fikrini Malta parlamentinin spikeri Angelo Farrugia-nın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

İlham Əliyev deyib ki, Azərbaycanda parlament seçkilərini müşahidə etmək üçün həmin quruma dəvət göndərilib. Lakin həmin qurum bu qərarı ATƏT Parlament Assambleyasının daimi komitəsində müzakirəyə çıxarmadan və ATƏT-in baş katibini məlumatlandırmadan verib. Bu zaman isə öz mandatını kobud şəkildə pozub.

Mövzu ilə əlaqədar oxu

ATƏT Azərbaycana müşahidəçi göndərməyəcək

XS
SM
MD
LG