Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Aprel, şənbə, Bakı vaxtı 05:55

Yaraqlılar təyyarəni vurduqlarını deyirlər


-

Rusiyada təyyarə qəzasında ölənlərə görə matəm günü elan olunub.

Oktyabrın 31-də Misirin Sinay yarımadasında qəzaya uğramış təyyarədə 224 nəfər həlak olub. Onların əksəriyyəti rusiyalılar idi.

İslam Dövləti silahlı qruplaşmasının yerli qanadı təyyarəni vurduğunu deyib. Ancaq Rusiya dərhal bu iddianı yalan adlandırıb. Misir rəsmiləri də təyyarənin vurulmasının və ya partladılmasına dair sübut olmadığını bildirib.

Hadisənin səbəbi bəlli deyil. Belə ki, hava şəraiti normal olub. Təyyarə Misirin Şarm- əl-Şeyx kurortundan Sankt Peterburqa uçurdu.

Hadisə yerində xilasedicilər işləyir.

Rusiya Fövqəladə Hallar Nazirliyi də misirli həmkarlarına köməyə gedib.

Bu, sovet və Rusiya aviasiya tarixində ən ağır qəza sayılır. 1985-ci ildə Özbəkistanda baş vermiş təyyarə qəzasında 200 nəfər ölmüşdü.

XS
SM
MD
LG