Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

Bakıda minlərlə ailə çörəksiz qaldı


Sədərək.
Sədərək.

-

«ANSPress» yazır ki, Bakının ən böyük iş mərkəzi – Binə və Sədərək yarmarkaları ağır günlərini yaşayır. 50 minə yaxın adamın işlədiyi bu iş mərkəzlərində alış-verişin dayanması üzündən gəlirlər çox aşağı düşüb. Alverçilər günlərlə heç nə sata bilmədiklərindən şikayət edirlər:

«Dükan işlədənlər kvadratmetr üçün 15 manatdan başlayan kirayə haqqını ödəyə bilmirlər. Sədərəkdə mağazaların kirayə haqqı min manata qədər, Binədə isə bir neçə min manat ətrafında dəyişir. Günlərlə alver edə bilməyən dükan sahibləri biznesi tərk etməyə məcbur olurlar. Bəzi dükan sahibləri isə öz obyektlərini satışa çıxarıblar. Hər iki yarmarkada yüzlərlə mağaza boşdur. Binə və Sədərəkdə 10 minə yaxın mağaza var. Hər dükanda orta hesabla 5 adamın çalışdığı nəzərə alınarsa, 50 minə yaxın ailənin böyük çətinliklə üzləşdiyini ehtimal çətin etmək deyil».

Dünya Bankı.
Dünya Bankı.

DÜNYA BANKI BİR DAHA AZƏRBAYCANIN UĞURLARINI ETİRAF ETDİ

«Azərbaycan» qəzeti ölkənin «Doing Business 2016» hesabatında 17 pillə irəliləməsindən yazır:

«Azərbaycan dünyada iqtisadi cəhətdən dinamik inkişafda olan ölkə kimi tanınmaqda davam edir. Təqdirəlayiq haldır ki, bu uğurlar bir sıra ölkələrdə maliyyə böhranının olduğu, onların bank-maliyyə sektorlarının çökdüyü, sosial layihələrin həyata keçirilməsinə «stop» verildiyi, ən nəhayət, regional münaqişələrin gərginləşdiyi bir vaxtda qazanılır. Buna görə də dünyanın bir çox nüfuzlu beynəlxalq qurumları Azərbaycanın əldə etdiyi uğurları yüksək qiymətləndirir, özlərinin müxtəlif hesabatlarında ölkəmizi iqtisadiyyatı dinamik inkişaf edən dövlət kimi dəyərləndirirlər. Sözsüz ki, bu inkişafın əsasını prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar təşkil edir».

Bina.
Bina.

«İPOTEKA İNQİLABI» GÖZLƏNİLİR

«Bizim Yol» qəzeti yazır ki, dövlət başçısının ipoteka ilə bağlı son fərmanı ipoteka proqramının kommersiya layihəsindən sosial aksiyaya çevrilməsinə təkan verə bilər:

«Fərman «sosial qayğıya ehtiyacı olan əhali qruplarının mənzil təminatının yaxşılaşdırılması ilə bağlı işləri sürətləndirmək və bu sahədə şəffaflığı təmin etmək məqsədilə» cümləsi ilə başlayır. Nəhayət ki, uzun illər ipoteka proqramı ətrafında aparılan müzakirələr müsbət sonluqla bitmək üzrədir. Belə ki, nəhayət ipoteka proqramına birbaşa dövlət başçısının müdaxiləsi ciddi nəticələrlə müşahidə oluna bilər. Buraya kreditin məbləğinin artırılması, faizlərin azaldılması, ilkin ödəniş və əməkhaqqı ilə bağlı tələblərin sadələşdirilməsi və bu kimi digər məsələlər aiddir. İkincisi, sosial qayğıya ehtiyacı olan əhali qruplarının mənzil təminatının yaxşılaşdırılması ipoteka proqramının kommersiya layihəsindən sosial aksiyaya çevrilməsinə təkan verə bilər».

Xınalıq.
Xınalıq.

QARIN YARATDIĞI FƏSADLAR

ANSPress yazır ki, Quba-Xınalıq yolunda qar yağması nəticəsində ciddi fəsadlar yaranıb. Xınalıq yolunda oktyabrın son günü yağan qar həm də qar sorağı ilə Xınalığa gedən turistlər üçün sürpriz olub.

Yolun Qırız Dəhnə kəndindən keçən hissəsində küləklə müşahidə olunan qar yolda ciddi problem yaradıb - avtomobillər sürüşdüyündən hərəkəti saxlamalı olublar. Hətta bəzi sürücülər yolun qəfil buz bağlamasından ehtiyatlanaraq avtomobillərin təkərlərinə zəncir bağlayıblar. Həm xarici, həm də yerli turistlər çətinliklə qarşılaşıblar. «Biz Qubanın Xınalıq kəndindən qayıdırıq. Yolda qar yağması nəticəsində yol bərbad vəziyyətə düşüb. Yol sürüşmə yaranıb. Bu, avtomobillərin hərəkətində olduqca çətinlik yaradıb. Xınalıqdan gələn turistlər yolu piyada düşürlər»,- deyə xarici turistlər bildiriblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG