Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:11

John Kerry Orta Asiyaya gəlib


John Kerry Qırğızıstanda.
John Kerry Qırğızıstanda.

-

ABŞ dövlət katibi John Kerry-nin oktyabrın 31-də Orta Asiyaya səfəri başlayıb. O, Qırğızıstanda ölkə prezidenti Almazbek Atambaev və xarici işlər naziri Erlan Abdyldaev-lə görüşüb.

İqtisadi geriləmə ilə üzləşən Orta Asiya ölkələri narahatdırlar ki, ABŞ Əfqanıstandan qoşunlarını geri çəkəndən sonra Vaşinqtonun regiona marağı azalacaq.

Ötən ilə qədər Qırğızıstanın Manas aeroportu NATO qoşunları üçün baza olub. Hazırda həmin baza bağlanıb.

Hüquq müdafiəçiləri Orta Asiya respublikalarında insan hüquqları ilə bağlı narahatlıqlarını bildiriblər. ABŞ rəsmisi isə deyib ki, o, yalnız Amerika dəstəyinin olduğunu göstərmək niyyətindədir.

Noyabrın 1-də J.Kerry Özbəkistana gedəcək.

Türkmənistan səfərində J.Kerry türkmən qazının Əfqanıstandan keçməklə Pakistan və Hindistana çatdırılmasını müzakirə edəcək.

XS
SM
MD
LG