- “Çoxsəsli yaradıcılığına, dövrümüzdə insan iztirabına abidə qoyduğuna görə” 2015-ci il Ədəbiyyat üzrə Nobel mükafatını almış Svetlana Aleksieviçi rusların üçdə ikisi tanımır, haqqında heç nə eşitməyiblər. Bu haqda Rusiyanın Levada sorğu mərkəzi məlumat yayıb.
Respondentlərin 65 faizi onu tanımadığını deyib. Rəyi soruşulanların 17 faizi deyib ki, adını eşidiblər, amma heç bir əsərini oxumayıblar.
Rəyi soruşulanların 5 faizi onun yalnız “Müharibənin qadın üzü yoxdur” kitabını, 2 faizi onun uşaqların söylədikləri əsasında yazdığı kitabı, 1 faizi bütün əsərlərini oxuyub.
Sorğu üç gün ərzində Rusiyanın 46 ərazisinin 134 yaşayış məntəqəsində 800 nəfər arasında keçirilib.
Bu yaxınlarda Moskvada bir neçə kitab dükanı onunla görüş keçirmək istəmiş, onu Moskvaya dəvət etmişdilər, lakin Svetlana Aleksieviç Rusiyaya getməkdən imtina etmişdi.