Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

MSK: «Sifarişlə gələn müşahidəçilər var»


Məzahir Pənahov.
Məzahir Pənahov.

-

«Azərbaycanda keçiriləcək parlament seçkilərində kifayət qədər yerli və beynəlxalq müşahidəçilər var. Ümumilikdə, 66 mindən artıq müşahidəçi qeydiyyatdan keçib. Mərkəzi Seçki Komissiyasında (MSK) isə 503 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib».

APA-nın məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov oktyabrın 31-də keçirdiyi mətbuat konfransında deyib.

MSK sədri qeyd edib ki, müşahidəçilərin seçki məntəqəsində geniş səlahiyyətləri var, ancaq onlar seçki komissiyasının fəaliyyətinə müdaxilə etməməlidirlər: «Yəni, qanunazidd fəaliyyət gördükdə, özü birbaşa seçki komissiyasına müdaxilə etməməli, yalnız gördüyünü rəsmiləşdirilməlidir ki, bu barədə tədbir görülsün. Yəni, hər şey sivil qaydada həll edilməlidir. Mən hesab etmirəm ki, seçki komissiyalarında hansısa xoşagəlməz bir proses olacaq. Təbii ki, istisna hallar da ola bilər və bu, bizdə çox təəssüf doğurur. Bunların hamısı seçki reallığıdır. Azərbaycanı istəməyən, sifarişlə gəlib seçki proseslərini izləyən müşahidəçilər var. Onlar öz maraqlarına uyğun addım atırlar. Ona görə, hər kəs vətəndaşlıq mövqeyini ortaya qoymalı, ölkəmiz haqqında pis fikir formalaşdırılmasına imkan verməməlidir».

XS
SM
MD
LG