-
«Misirdə qəzaya uğrayan Rusiya təyyarəsində Azərbaycanın Misirdəki səfirliyində konsulluq qeydiyyatında olan azərbaycanlı yoxdur». Bunu APA-ya açıqlamasında Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev deyib.
Səfir bildirib ki, sərnişinlərin kimliyi ilə bağlı təfərrüatları araşdırılır.
Rusiya mətbuatının dərc etdiyi siyahıda da təyyarədə olan şəxslər arasında azərbaycanlı soyadlı şəxs yoxdur.
***
Misirin Şarm-əş-Şeyx şəhərindən Sankt-Peterburqa uçan «Airbus-321» sərnişin təyyarəsi Sinay yarımadasında qəzaya uğrayıb.
Oktyabrın 31-də Moskva vaxtilə saat 06:21-də havaya qalxan təyyarənin daha öncə radarlardan itməsi barədə xəbər daxil olub.
Təyyarənin göyərtəsində ekipaj üzvləri də daxil 224 nəfər olub.