-
«Bu gündən nəzarət orqanlarına tapşırılır ki, sahibkarlıq subyektlərində yoxlamalar aparılmasın. Dövlət müəssisələrində aparılan yoxlamaların sayı da azaldılmalıdır. Yoxlamalar yalnız texniki şərtlərə uyğunluq, texniki təhlükəsizlik və insan sağlamlığının qorunması məqsədi və zərurəti ilə aparılmalıdır».
Bunu oktyabrın 29-da nazir Natiq Əliyev Energetika Nazirliyinin kollegiya iclasında deyib.
Nazirlikdən verilən məlumata görə, nazir deyib ki, yoxlama tələb edən vəziyyət yarandığı təqdirdə bu prosesə İqtisadiyyat və Sənaye Nazirliyi ilə razılaşdırıldıqdan sonra başlana bilər: «Kim vəzifə səlahiyyətlərini aşaraq qanun pozuntusuna yol versə, dərhal barəsində ciddi tədbirlər görülərək işdən azad ediləcək».
İclasda yoxlamaların aparılmasını əsaslandıran qaydaların hazırlanması məsələsi ətrafında müzakirələr aparılıb və müvafiq tapşırıqlar verilib.