-
Hərbi qulluqçular üçün yeni tikilən iki yaşayış binasının açılışı olub.
Müdafiə Nazirliyinin məlumatına görə, yeni tikilən binalar beşmərtəbəli, hər biri 3 otaqlıdır. Tam təmirli mənzillərin mebel və lazımi avadanlıqla təchiz olunduğu bildirilir.
Xidməti mənzillərin açarlarının təqdimetmə mərasimində hərbçilər və onların ailə üzvləri ilə görüşən müdafiə naziri Zakir Həsənov deyib ki, ilin sonunadək hərbi hissənin istifadəsinə yeni iki bina da veriləcək. Gələn ilin əvvəlində isə daha iki bina hazır olacaq.
«Çalışacağıq ki, qısa bir müddətdə sizin bütün sosial problemləriniz həll olunsun. Bu, möhtərəm cənab prezidentin tapşırığıdır və biz bunu icra edəcəyik. Bundan əlavə, yeni hərbi şəhərcik də hazır olmaq üzrədir və onun da açılışını ilin sonunadək həyata keçirməyi planlaşdırırıq», - deyib nazir.