Keçid linkləri

Təcili xəbərlər
2021, 12 May, çərşənbə, Bakı vaxtı 23:05

İran 4-cü amerikalını həbs edib


Siamak Namazi

-

İranda daha bir İran əsilli amerikalı həbs olunub. Bununla da İranda həbsə atılmış ikili vətəndaşlı amerikalıların sayı dördə çatıb. Xəbəri ABŞ qəzetləri oktyabrın 29-da yayıb.

Siamak Namazi Dubayda yerləşən Crescent Petroleum Co. şirkətinin rəhbəridir. Onu iki həftə əvvəl Tehrana səfər zamanı İran İnqilab Qvardiyası saxlayıb. Bunu The Washington Post və Wall Street Journal yazır.

Namazi ailəsinin Atieh Group şirkətinin Tehran, Dubay və Vyanada ofisləri var. Dostlarının sözlərinə görə, ata evini İran kəşfiyyatçıları axtarıb, kompüterini müsadirə edib.

ABŞ administrasiyasının məlumatları araşdırdığı bildirilir.

Bu arada Vaşinqton Tehranı daha 3 iranlı amerikalını buraxmağa çağırır. Onların içində The Washington Post-un müxbiri Jason Rezaian da var.

XS
SM
MD
LG