-
Bəxtiyar Vahabzadənin 90 illik yubiley tədbirləri başa çatmaq üzrədir.
Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, oktyabrın 29-da saat 18:30-da ölkənin baş sarayında Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.
Oktyabrın 28-də Milli Kitabxanada TÜRKSOY-un dəstəyi ilə çap olunmuş «Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri» kitabının təqdimat mərasimi də keçirilib.
Tədbirdə şairin 90 illik yubileyi münasibətilə Milli Kitabxananın əməkdaşlarının hazırladığı «Azərbaycanın görkəmli şəxsiyyətləri» seriyasından «Bəxtiyar Vahabzadə» biblioqrafiyası kitabı və «B.Vahabzadə 90» adlı diskin elektron variantının təqdimatı keçirilib.
Oktyabrın 27–də şairin doğulduğu Şəki şəhərində ev-muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması barədə prezident sərəncamı çıxıb.