Keçid linkləri

2026, 18 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 12:01

Əfv komissiyasına siyahı təqdim olundu

Səadət Bənanyarlı.
Səadət Bənanyarlı.

-

Hüquq Müdafiə Təşkilatlarının Birgə İşçi Qrupu əfv fərmanı verilməsi üçün prezidentə müraciət edib.

Bu haqda AzadlıqRadiosuna qrupun üzvlərindən biri - Səadət Bənanyarlı bildirib.

Birgə İşçi Qrup əfv olunmaq üçün Əfv Məsələləri Komissiyasına həbsdə olan hüquq müdafiəçilərinin, jurnalistlərin siyahısını təqdim edib.

«Uzun müddətdir ki, əfv fərmanı verilmir. Yəqin ki, müraciətimizin nəticəsi olacaq».

Səadət Bənanyarlı əfv fərmanını ilin sonuna gözlədiklərini deyir.

Bu il mayın 28-də və iyunun 15-də əfv fərmanı gözlənilsə də, imzalanmayıb.

This item is part of
XS
SM
MD
LG