Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:32

"Yasnaya Polyana" mükafatını tatar kəndi haqda roman aldı


Guzel Yakhina
Guzel Yakhina

- Böyük rus yazıçısı Lev Tolstoyun “Yasnaya Polyana” ev-muzeyinin Rusiyadakı Samsung şirkətinin sponsorluğuyla keçirdiyi ədəbiyyat müsabiqəsinin builki qalibləri açıqlanıb.

“Bu mükafat klassik ədəbi ənənələri əsas tutmaqla müasir rus nəsrinin aktual tendensiyalarını izləyir, 21-ci əsrin istedadlı yazıçılarına verilir.”

Mükafatın bir neçə finalçısı olub. Əsas nominasiya olan “21-ci əsr” nominasiyası üzrə qalib gələn Gözəl Yaxinaya bu mükafat “Züleyxa gözlərini açır” romanına görə verilib.

Romanda hadisələr 1930-cu illərdə baş verir, qəhrəmanlar ucqar kənddə yaşayan tatarlardır.

"Yasnaya Polyana" müsabiqəsində uzun və qısa siyahılar olmur. Münsiflər finalçıları birbaşa seçirlər.

XS
SM
MD
LG