Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Avqust, Bazar ertəsi, Bakı vaxtı 00:31

«Wizz Air» martdan uçuşlara başlayır


Wizz Air

-

«Wizz Air» aviaşirkəti 2016-ci il martın 27-dən Budapeştdən Bakıya uçuşları bərpa edəcək.

Oktyabrın 28-də Azərbaycanın «Ground Handling Company» və «Wizz Air» Macarıstan-Polşa büdcə aviaşirkəti arasında Budapeşt-Bakı-Budapeşt müntəzəm reyslərinin bərpası barəsində saziş imzalanıb.

AZƏRTAC xəbər verir ki, «Wizz Air» ilk vaxtlar uçuşları həftədə bir dəfə həyata keçirəcək, yay vaxtı isə reyslərin sayını həftədə iki dəfəyə qədər artıracaq.

APA-nın məlumatına görə, «Wizz Air» şirkətinin baş direktoru József Váradi deyib ki, birtərəfli gediş üçün biletlərin qiyməti 39.99 avro olacaq.

«Wizz Air»in uçuşları dayandırması Azərbaycanda narazılıqla qarşılanmışdı. Buna səbəb yerli aviaşirkət - AZAL-ın inhisarçıya çevrilməsi və onun qiymətlərinin baha olması idi.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG