Keçid linkləri

2017, 25 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:43

-

Serbiyanın baş naziri Aleksandar Vucic deyir ki, ölkəsi Rusiyaya “dost münasibətini” sanksiyalar qoyulanda sübuta yetirib və bu siyasəti davam etdirəcək.

Vucic oktyabrın 27-də Moskvada rusiyalı həmkarı Dmitry Medvedev-lə danışıqlardan sonra bildirib ki, “Serbiya rasional səbəblərdən Rusiyanın dostu olaraq qalacaq”.

Baş nazir onu da əlavə edib ki, Serbiya Gazprom-la razılaşma imzalamağa yaxındır, qaz saxlancı obyektinin gücü 1 milyard kubmetrə qaldırılacaq.

Serbiya Avropa Birliyinin üzvü olmaq istəyir. Ancaq eyni zamanda Moskvayla münasibətləri gücləndirir. İki ölkə özəlliklə Rusiyanın Ukraynanın Krım yarımadasını anneksiyasına görə qoyulan sanksiyalardan sonra yaxınlaşıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG