-
Pakistanın Əfqanıstanla sərhədində “ağır atışmada” 7 pakistanlı əsgər öldürülüb.
Pakistan rəsmiləri Cənubi Vəziristan regionundakı hərbi postun atəşə tutulduğunu bildirir.
Atışmanı kimin başladığı bəlli deyil. Ancaq Pakistan son aylar ərzində sərhədə minlərlə əsgər yerləşdirib, pakistanlı yaraqlılar da sərhəd boyunca hücumlar təşkil edirlər.
Avqustda sərhəddə 4 pakistanlı əsgər həlak olmuşdu.