Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:22

Müəllimlərin sehrli maaş artımı…


Müəllim.
Müəllim.

-

«Bizim yol» qəzeti yazır ki, Təhsil Nazirliyi 9 minə yaxın müəllimin 500-1000 manat, 500-ə qədər müəllimin isə 1000 manatdan yuxarı əməkhaqqı aldığını açıqlayıb: «Təhsil Nazirliyi (TN) paytaxtın dövlət ümumtəhsil müəssisələrində çalışan 30 min müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı statistik göstəriciləri açıqlayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin həftəlik dərs yükü norması 1.5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılıb.

Ölkədə 150 mindən artıq müəllim var. Qiymətləndirmə isə hələlik onların 1/5-ni əhatə edib. Əməkhaqqı artımından belə görünür ki, bilik və bacarıqları diaqnostik qiymətləndirilən müəllimlərin 1/3-i onu uğurla keçib, maaş artımı cəmi 9 min 441 nəfərə şamil olunub. 20 min 559 müəllimin maaşı 500 manatdan azdır. Bu, onların daha aşağı göstərici nümayiş etdirdikləri qənaəti yaradır. Dərs saatına gəldikdə isə, məvacibi artırılan müəllimlər həftədə 18 saat dərs keçirlər. Hər halda nazirlikdən mətbuata belə məlumat verilir».

Pənah Hüseyn.
Pənah Hüseyn.

HAKİMİYYƏT MÜXALIFƏTİN KADR BANKINDAN İSTİFADƏ EDƏ BİLƏRMİ?

«Yeni Müsavat» qəzeti yazır ki, hakimiyyət strukturlarında hökm sürən neqativ hallar, hətta cinayət xarakterli faktlar ən yüksək səviyyədə etiraf olunur: «Belə bir durumda hakimiyyətin kadr potensialının zəifləməsi barədə yanaşmaların da şahidi olmaqdayıq. Hakimiyyətdəki kadr çatışmazlığının ötən ilin payızında hətta administrasiya rəhbəri səviyyəsində bəyan edilməsi məsələnin ciddiliyindən xəbər verirdi».

AXP sədri Pənah Hüseyn «Yeni Müsavat»a bildirib ki, bu böhran dövründən ölkəni çıxarda biləcək komanda formalaşdırılması üçün cəmiyyətin kifayət qədər potensial var. P.Hüseyn qeyd edib ki, burada söhbət mütəxəssis, yaxud ayrı-ayrı sahələrdə peşəkarların olub-olmamasından getmir: «Belə bir komandanın formalaşması, milli birliyin ortaya çıxması bu gücü qat-qat artırardı, ölkədəki sosial-psixoloji mühiti ciddi şəkildə dəyişdirərdi. Bu baxımdan da bu yanaşmanın həyata keçirilməsinə zərurət var. Konkret olaraq, əlbəttə, ola bilər ki, iqtidar müəyyən dövrdə indiki komanda ilə hərəkət edə, müəyyən məsələləri həll edə bilirdi. Ancaq artıq situasiya dəyişib və sürətlə dəyişməkdə davam edir. O baxımdan burda söhbət mütəxəssis kasadlığından yox, sistem xarakterli müəyyən fəsadlardan gedir».

Mehman Əliyev.
Mehman Əliyev.

MEHMAN ƏLİYEV: «PROSES DƏYİŞİKLİKLƏRƏ DOĞRU GEDİR»

«Azadlıq» qəzeti «Turan» İnformasiya Agentliyinin direktoru, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Mehman Əliyevlə ölkənin ictimai-siyasi həyatında baş verənləri qiymətləndirib.

– Mehman bəy, ölkədə hər kəs Ziya Məmmədovun vəzifədən kənarlaşdırılacağını gözlədiyi vaxtda milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsi ilə vidalaşdı. Nələr baş verir?

– İş ondadır ki, Ziya Məmmədov məsələsi devalvasiyadan sonra Beynəlxalq Bankdan götürülən böyük məbləğli kreditlərlə bağlıdır. Məndə olan məlumata görə, oradan böyük məbləğdə kreditlər götürülüb. Hazırda həmin pulların qaytarılması prosesi gedir. Tam qaytarıldıqdan sonra Ziya Məmmədovu vəzifəsindən azad edəcəklər. Hara göndərəcəklər… o artıq başqa məsələdir. MTN məsələsi isə qəflətən baş verdi. Bunun qəfilliyi dərhal nazir təyin olunmaması ilə də özünü göstərdi. Biz Namiq Abbasovun işdən çıxarılmasını yada salsaq, görərik ki, o zaman nazirin vəzifəsindən azad edilməsi və yeni nazirin təyin edilməsi eyni vaxtda baş vermişdi. Həmin vaxtda Namiq Abbasovun işdən azad edilməsi qəfil olmuşdu, onun xəbəri olmadan məsələ həll olunmuşdu və dərhal da Eldar Mahmudov həmin posta gətirilmişdi. Burda isə hələ də bu hal baş verməyib. Görünür, bu daha gözlənilməz olub. Əvvəlcədən hazırlanmayıb. Deməli, məsələ başqadır.

Elman Mehdiyev.
Elman Mehdiyev.

PENSİYA DÜSTURU

«Yeni pensiya formulunun tətbiqi ilə sistemin yeni maliyyə modeli qurulacaq».

«Azərbaycan» qəzeti yazır ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev məlumat verib. O qeyd edib ki, «2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası» ilə növbəti mərhələdə pensiya islahatının prioritet istiqamətləri təyin olunub:

«Sığorta-pensiya sisteminin fəaliyyət düsturu kimi qəbul edilən pensiya formulunun inkişafın yeni mərhələsinə uyğun tələblər əsasında təkmilləşdirilməsi nəzərdə tutulur ki, bu, həm ayrı-ayrı iştirakçıların təminatı, həm də ümumilikdə sistem üzrə mövcud problemlərin həlli baxımından xüsusi əhəmiyyət daşıyır. Yeni pensiya formulunun tətbiqi ilə əvvəla, sosial sığorta prinsiplərinin daha da dərinləşdirilməsi sayəsində sistemin yeni maliyyə modeli qurulacaq. Qeyri-sığorta ödəmələrinin məcburi dövlət sosial sığorta haqları hesabına maliyyələşdirilməsi minimuma endiriləcək və dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəlikləri fərqləndiriləcəkdir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG