Keçid linkləri

Təcili xəbərlər
2021, 20 İyun, bazar, Bakı vaxtı 04:28

Bülletenlərin paylanması başa çatır


-

Oktyabrın 28-də Milli Məclisə seçkilərlə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarından (DSK) məntəqə seçki komissiyalarına verilməsi üçün ayrılan müddət başa çatır.

APA Seçki Məcəlləsinə istinadən yada salır ki, Məcəlləyə əsasən, seçki bülletenlərinin DSK-lardan məntəqə seçki komissiyalarına verilməsi prosesi səsvermə gününə azı 3 gün qalmış başa çatmalıdır.

Milli Məclisə seçkilərlə əlaqədar bu müddət oktyabrın 29-dək olan dövrü əhatə edir.

Oktyabrın 28-də müvafiq məntəqə seçki komissiyaları tərəfindən seçiciyə qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin verilməsi prosesi də başa çatacaq.

Azərbaycanda noyabrın 1-də parlament seçkisi keçiriləcək.

XS
SM
MD
LG