Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 11:29

Prezident yoxlamalarla bağlı fərman verdi


İlham Əliyev
İlham Əliyev

Azərbaycan prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə fərman imzalayıb.

Fərman vergi yoxlamalarına şamil edilmir, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında qanunun 2.1-ci maddəsinin birinci və ikinci cümlələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur; həmin Qanunun 3.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə isə İqtisadiyyat və Sənaye Nazirliyi nəzərdə tutulur.

Fərmanla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanununa əsasən insanların həyat və sağlamlığı, dövlətin təhlükəsizliyi və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə yoxlamaların siyahısı təsdiq edilir.

Fərmanla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı” təsdiq edilir.

Siyahıda nəzərdə tutulan yoxlamalara aşağıdakı məhdudiyyətlər qoyulur:

- yoxlamalar yalnız insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan halların mövcudluğuna əsaslar olduqda aparılır;

- bu fərmanla təsdiq edilən Siyahının 1.4-1.6-cı bəndlərində nəzərdə tutulmuş yoxlamalar istisna olmaqla, yoxlamalar İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə aparılır;

- sahibkarın fəaliyyətinə tətbiq edilən istehsalın və ya malın satışının dayandırılması, habelə digər məhdudlaşdırıcı tədbirlər yalnız Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə tətbiq edilir.

Vergilər Nazirliyi sahibkarların Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətini dayandırması barədə vergi orqanlarına müraciət etdiyi hər bir hal barədə dərhal İqtisadiyyat və Sənaye Nazirliyini məlumatlandıracaq.

İqtisadiyyat və Sənaye Nazirliyinə sahibkarların Nazirliyin “Qaynar xətt”inə daxil olan müraciətlərinin operativ araşdırılmasını təmin etmək; “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunundan irəli gələn tələblərin pozulması hallarını aşkar etdikdə, bu barədə Baş Prokurorluğa məlumat vermək ; bu fərmanın tətbiqi barədə üç ayda bir dəfə Azərbaycan Prezidentinə məlumat təqdim etmək tapşırılıb.

Baş Prokurorluğa isə Fərmandan irəli gələn tələblərin pozulmasna dair məlumatların araşdırılması və aşkar olunmuş hüquq pozuntuları barədə müvafiq tədbirlər görülməsi, bu barədə prezidentinə mütəmadi məlumatverməsi tövsiyyə olunur.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən insanların həyat və sağlamlığı, dövlətin təhlükəsizliyi və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə yol verilən yoxlamaların siyahısına əsasən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanununun 1-ci maddəsində nəzərdə tutulan müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət mülkiyyətində olmayan və paylarının nəzarət zərfi dövlətə məxsus olmayan hüquqi şəxslər barəsində aşağıda göstərilən sahələr üzrə yoxlamalar aparıla bilər:

- dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsinin və sanitar-gigiyenik qaydalara riayət edilməsinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən yoxlanılması;

- fitosanitar tələblərə, qaydalara uyğunluğun və baytarlıq tələblərinə, qaydalarına uyğunluğun Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yoxlanılması;

- təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulma hallarının yoxlanılması;

- sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin fəaliyyətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən yoxlanılması;

-. kredit təşkilatlarının, habelə onların törəmə təsərrüfat cəmiyyətlərinin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yoxlanılması;

- radioaktiv, partlayıcı və digər xüsusi təhlükəli maddələrin və ya avadanlıqların saxlanılması və dövriyyəsi, dağ-mədən işlərinin, hidrotexniki qurğularda, neft və qazçıxarma sənaye obyektlərində və xüsusi təhlükəli digər sahələrdə işlərin görülməsi zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunmasının, aparılan işlərin və istismarda olan obyektlərin tikinti, texniki və yanğın təhlükəsizliyi normalarına uyğunluğunun Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən yoxlanılması.

XS
SM
MD
LG