Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:02

Ekspert: «Bankların ən azı yarısı müflis olacaq»


Əkrəm Həsənov
Əkrəm Həsənov

-

Mərkəzi Bankın valyuta ehtiyatlarında sentyabrda da azalma müşahidə olunub. Bank məsələləri eksperti Əkrəm Həsənovun fikrincə, narahatlığa yol açan bu meyl davam edəcək:

- Böyük ehtimalla, bəli, davam edəcək. Mərkəzi Bank manatın sabitləşməsi üçün heç bir tədbir görmür. Banklar başlı-başına buraxılıb. Belə şəraitdə dollarlaşma güclənəcək. Nəticədə ehtiyatların əriməsi davam edəcək.

- Bu halda manat sərbəst buraxıla bilər?

- Sərbəst buraxılmayacaq yəqin, çünki cəmiyyətimiz buna hazır deyil. Fəsadları ağır ola bilər. Buna görə də növbəti devalvasiya qaçılmaz olacaq.

- Mərkəzi Bank öz valyuta ehtiyatlarından nə dərəcədə yararlana bilir?

- Təəssüf ki, Mərkəzi Bankın fəaliyyəti, digər məsələlərdə olduğu kimi, bunda da şəffaf deyil. Pulları harada və necə idarə etməsi bilinmir. Ancaq kənardan da görünür ki, uğur qazanmır. Əks halda ehtiyatlar belə sürətlə əriməzdi.

- Mərkəzi Bank digər bankların gəlir və xərclərini, qazanclarını açıqlamır. Sizcə, bunun səbəbi nədir?

- Yəqinsəbəb bankların çox acınacaqlı vəziyyətdə olmasıdır. Onsuz da əhali əmanətlərini banklardan çıxarır. Əsl vəziyyət bəlli olsa, banklarda pul qalmaz. Bu üzdən Mərkəzi Bank əsl vəziyyəti gizlədir. Düzdür, bunun özü də mənfi faktordur, axı bank sisteminə etibar azalır...

- Belə çıxır ki, neftin ucuzlaşmasından doğan çətin iqtisadi durum bir çox bankın qapanmasına yol açacaq?

- Şəffaflıq olmadığından və göstəricilər gizlədildiyindən dəqiq demək çətindir. Amma böyük ehtimalla, bankların ən azı yarısı müflis olacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG