Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:43

Caz Festivalı başladı


Diana Krall
Diana Krall

-

Oktyabrın 25-də ənənəvi Bakı Beynəlxalq Caz Festivalına start verilib.

Festival Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə keçirilir.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, dünən «Bakı Caz Festivalı – 2015»in Heydər Əliyev Sarayında açılış konserti olub.

Məşhur caz pianoçusu və bəstəkarı Diana Krall festivalın ilk konsertini təqdim etmək üçün səhnəyə çıxıb.

Festival günlərində ABŞ, Kanada, Fransa, Almaniya, Hollandiya, Rusiya və Ukraynadan olan məşhur musiqiçilər Bakının qonağı olacaqlar.

Azərbaycanın tanınmış caz ifaçılarından olan Salman Qəmbərov, Cəmil Əmirov, Elçin Şirinov, Zaur Mirzəyev və digər gənc caz musiqiçiləri də festival çərçivəsində solo proqramlarla çıxış edəcəklər.

Festival çərçivəsində təşkil olunacaq konsertlər Heydər Əliyev Sarayında, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Beynəlxalq Muğam Mərkəzində, Bakı Caz Mərkəzində, Dövlət Mahnı Teatrında musiqisevərlərə təqdim olunacaq.

Festival noyabrın 3-dək davam edəcək.

XS
SM
MD
LG